Prezident İlham Əliyev: Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq.

Olaylar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib.

"Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq", - Azərbaycan Prezidenti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31