Azərbaycanla sülh sazişinin imzalanması Pakistanla əlaqələrin qurulmasına imkan yarada bilər - Paşinyan

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Azərbaycanla sülh sazişinin imzalanması Pakistanla əlaqələrin qurulmasına imkan yarada bilər.

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, İslamabadın diplomatik əlaqələr qurmaqdan imtina etməsi məhz Azərbaycan faktoru ilə əlaqəlidir.

"Azərbaycanla sülh sazişi imzalasaq, bu həm də Pakistanla diplomatik əlaqələrin qurulmasına yol aça bilər", - o deyib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31