“Belə bir rayona rəhbərlik edib, sizinlə çiyin-çiyinə çalışmaq qürurvericidir”- ÖZƏL

İsmayıllı rayonu 92 illiyini qeyd edir
Bu gün İsmayıllı rayonunun yaranma tarixinin 92 illiyidir. "Olaylar" xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov sosial şəbəkədə bununla bağlı paylaşım edib: "92 ildir ki, bu bölgə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, təhsil sahəsində fərqlənən yetirmələri ilə tanınır. Bölgənin əhalisi əməksevərliyi, milli-mənəvi dəyərlərə əsaslanması, vətənsevərliyi, dövlət siyasətinə sədaqəti ilə seçilir. Belə bir rayona rəhbərlik edib, sizinlə çiyin-çiyinə çalışmaq qürurvericidir. 
Əziz İsmayıllılar, sizi bu gün münasibətilə səmimi qəlbdən təbrik edirəm, İsmayıllının çiçəklənməsi yolunda birgə daha yaxşı işlərə imza atacağımıza inanıram. 92 yaşın mübarək olsun, doğma İsmayıllı!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31