Azərbaycan dünya ölkələri ilə əməkdaşlığa böyük maraq göstərir- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman əhəmiyyətli rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar məhz Prezident İlham Əliyevin xarici siyasət xəttinin məntiqi nəticəsidir. Respublikamızın Cənubi Qafqazdakı mövqeyini, iqtisadi potensialını yüksək qiymətləndirən ölkələr Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Bu baxımdan cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəal xarici siyasətini şərtləndirən ən əsas amilllərdən olmaqla, həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31