Şəhər günlərinin keçirilməsi Qarabağ Azərbaycandır reallığının təntənəsidir- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhər Gününün işğaldan azad olunmuş bütün ərazilərdə keçirilməsi Qarabağ Azərbaycandır reallığının təntənəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Noyabrın 25-i "Kəlbəcər Şəhəri Günü" ilə əlaqədar ilk dəfə keçiriləcək tədbir də qürur doğurur və Kəlbəcər öz tarixinin ən parlaq, qürurverici günlərinə şahidlik edir. Və bu gün işğaldan azad olunan torpaqlarımız, o cümlədən Kəlbəcər Prezidentimizin rəhbərliyi ilə yenidən bərpa edilərək Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcək və həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31