İraq və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir- ÖZƏL

"İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə baş tutan səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcı olacaq". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbovun sözlərinə görə, səfər çərçivəsində imzalanmış dörd adda  sənəd də bunu əminliklə deməyə əsas verir: "İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev də vurğuladı ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Ölkələrimiz müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31