Kəlbəcər “İkili standartlar” siyasətinin təzahürünə şahidlik edib- ÖZƏL
24 Noyabr 2023 10:58 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məşhur Məmmədovun sözlərinə görə, rəsmi İrəvanın hərbi cinayətlərindən biri də Kəlbəcərdə həyata keçirilmiş, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır: "Kəlbəcər həm də "İkili standartlar" siyasətinin təzahürünə şahidlik edib. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 44 günlük Vətən Müharibəsi zamanı Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti var idi. Prezident İlham Əliyev Kəlbəcərin strateji əhəmiyyətini çıxışlarından birində daha aydın təsbit edib: "İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq".