Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
23 Noyabr 2023 21:15 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-də Azərbaycana işgüzar səfərə gəlib.
Olaylar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31