XİN rəhbərlərinin görüşü hələ planlaşdırılmayıb - Rəsmi İrəvan

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü hələ ki, planlaşdırılmayıb .

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə deyib.

Nazir müavini bəzi məsələlərdə vasitəçilərin mütləq olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 30-da Ermənistan-Azərbaycan sərhəddində iki ölkənin delimitasiya komissiyasının görüşü keçiriləcək.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bidiriblər ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31