ABŞ və Fransa Cənubi Qafqazda münaqişənin yenidən alovlanmasına çalışır- ÖZƏL

"Azərbaycanın öz ərazi bütövlüyü və suverenliiyni təmin etməsi Ermənistanın havadarları heç cür qəbul edə bimədiyindən, bölgədə gərginlik  mənbəyi yaratmağa cəhd etməklə Ermənistanı yeni fəlakətlərə sürükləyir". Bunu "Olaylar"a açıqlamasında deputat Kamran Bayramov deyib. Onun sözlərinə görə, özlərini dünyada sülhün, qanunun aliliyinin müdafiəçisi kimi qələmə verən ABŞ və Fransa Cənubi Qafqazda sülhü təmin etmək əvəzinə, münaqişənin yenidən alovlanmasına çalışırlar: "Bu ölkələr  beynəlxalq hüquqa hörmət edib. onun icrasını yerinə yetirib bölgədə dayanıqlı sülhün təmin olunmasına çalışan Azərbaycana dəstək vermək əvəzinə, Cənubi Qafqazda  sülhə təhdid yaradan  Ermənistana  dsətək verməkdədirlər. Bununla da bölgədə yenidən münaqişəni alovlandırmağa çalışırlar".
 Deputat əlavə edib ki, ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etməsi  bölgədə gərginliyi yartamağa xidmət edən sənəddir: "Bu təkcə strateji tərəfdaşlıq münasibət olan ABŞ-la Azərbaycan arasındakı münasibətlərə xələl gətirmir, eyni zamanda ölkəmizə qarşı irəli sürülən əsassız ittihamlar  regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir. Belə bir sənədin qəbulu əsassız və erməni lobbisinin sifarişi ilə Azərbaycana qarşı qərəzli münasibətin bariz göstəricisidir. Bu absurd, ABŞ-ın riyakar, ikiüzlü siyasətinin  təzahürüdür ki, biz zaman-zaman bunun şahidi olmuşuq.
Ermənistanın 30 il müddətində Azərbaycan qarşı həyata keçirdiyi işğalçılıq siyasəti zamanı törətdiyi  insanlığa zidd hərbi cinayətlərinə, terror, soyqırım siyasətinə, vadala hərəkətlərinə göz yumub. ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında "Azadlığa dəstək aktı" adlanan qanuna 907-ci düzəlişi qəbul edib. Bu tarixdə analoqu olmayan hadisədir ki, günahkar qalaraq, günahsıza qarşı  sanksiya tətbiq oluna... Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə ABŞ  nəinki təcavüzkar ölkəyə. Eyni zamanda qondarma separatçı rejimi də maliyyələşdirməklə işğala, terrora dəstək verib.
Təəssüflə qeyd etmək laızmdır ki, özünü beynəlxalq hüququn müdafiəçi hesab edən ABŞ-ın da   BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqləyən, o cümlədən  Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilən sənədlərə səs versə də. Bu istiqamətdə  heç bir iş görməyib. Nəticədə  ABŞ-ın bu cür birtərəfli addımları onun uğursuz vasitəçiliyi və Azərbaycan ictimaiyyəti arasında nüfuzunu itirməsi ilə nəticələnib. 
Senatın son qərarı da isə tamamilə beynəlxalq hüquqa ziddir.  ABŞ Senatı Azərbaycanın antiterror tədbrilərindən sonra belə bir aktı qəbul etməklə revanşist qüvvələrə açıq dəstək verməsinin bariz nümunəsidir. ABŞ  tərəfi bununla da  Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi, təəssüf ki, yenidən təkrarlamış oldu. ABŞ bu  cür siyasi riyakarlıq  hərəkəti ilə regionda vəziyyətin yenidən gərginləşməsinə xidmət etmiş oldu. Azərbaycana qarşı qeyri-dost addımlarını intensivləşdirməklə ikiüzlü siyasət yeritdiyini ortaya qoydu. 
Azərbaycan öz milli maraqlarına uyğun olaraq addımlaırnı atır və bölgədə dayanıqlı sülhün, əməkdaşlığın yaranması üçün  ciddi addımlar atır. Təəsüf ki, Ermənistan  ona yardılan bu fürsətdən faydalanmaq əvəzinə, özünü yeni fəlakətlərə sürükləyir. Dünya birliyi birmənalı şəkildə bilməlidir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsipləri əsasında,  beynəlxalq öhdəliklərinə uyğun hərəkət edərək öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavab verib və verəcək də... Kimsə biz bu yoldan döndərə bilməz. Bir daha qeyd edirəm ki, hər zaman olduğu kimi, bundan uduzan tərəf olacaqsa, o, yenə də Ermənistan olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31