Ölkədə Vətənini, torpağını sevən yeni gənc nəsil yetişdib- ÖZƏL

"Dahi liderin siyasi məktəbində layiqli dərs almış cənab İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildən başlayaraq Azərbaycan bütün sahələr üzrə yeni tərəqqi yolu keçdi və regionun ən qüdrətli dövlətinə çevrildi. Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyev seçkilərdə qələbə qazandıqdan sonra Prezident kimi bütün ömrünü və fəaliyyətini xalqının maraqları naminə davam etdirdi. Sosial, iqtisadi, ictimai, siyasi, humanitar və eləcə də digər bütün sferalarda yüksək nailiyyətlər əldə olundu, Azərbaycan beynəlxalq təşkilatlara üzv oldu, böyük nüfuz və söz sahibinə çevrilərək, Qoşulmama Hərəkatına sədrlik statusu aldı". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyevin sözlərinə görə, ölkədə Vətənini, torpağını sevən yeni gənc nəsil yetişdi, ən müasir silahlarla təchiz edilmiş Milli Ordumuz yarandı: "Cənab Prezidentin fəaliyyətinin əsas prioritet istiqaməti məhz ölkəmizin və xalqımızın maraqlarını, ərazi bütövlüyümüzü layiqincə təmin etmək idi. Bəli, ötən 20 il göstərdi ki, qeyd etdiyim milli məsələlər uğurla həllini tapdı. Xalq öz Partiyasını, öz Liderini seçməkdə düzgün addım atdığına bir daha şahid oldu. Məhz bu gəncliyin, Ordunun qüdrəti, Ali Baş Komandanın hərb, diplomatiya, iqtisadi inkişaf istiqamətində müdrik siyasəti və uğurlu Dəmir Yumruq əməliyyatı nəticəsində 44 gün ərzində düşmən üzərində möhtəşəm qələbəyə nail olduq. Bu gün torpaqlarımızın ərazi bütövlüyü tam şəkildə təmin olunub. Biz xoşbəxt nəslin nümayəndəsi kimi bu möhtəşəm tarixi hadisələrə şahidlik edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31