Ulu öndər Azərbaycanı mövcud təhlükədən xilas etdi- ÖZƏL

"Hər zaman qəlbi Azərbaycanla, xalqı ilə döyünən ulu öndər ölkəsinin  bu ağır, çətin məqamina biganə qala bilməzdi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürovun sözlərinə görə, xalqın səsinə səs verən Heydər Əliyevin  sədrliyi ilə 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans  keçirildi: "Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı".
Onun bildirdiyinə görə, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, Azərbaycan ağırlıqlarını öz çiyinlərinə  götürməsi Azərbaycanı mövcud təhlükədən xilas etdi: "Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə, bir sözlə bütün sahələrdə ciddi dönüş yarandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31