Yol hərəkəti təşkilinin perspektiv proqramlarının hazırlanması ilə bağlı tələblər araşdırılacaq
22 Noyabr 2023 18:45 SiyasətNazirlər Kabineti fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının hazırlanması ilə bağlı tələblərin məqsədəmüvafiqliyi araşdıracaq.
Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının, kompleks sxemlərinin və layihələrinin hazırlanması, habelə həyata keçirilməsi ilə bağlı tələblərin məqsədəmüvafiqliyini üç ay müddətində araşdırmalı və bu barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31