Deputatlar beynəlxalq tədbirə qatılacaqlar
22 Noyabr 2023 15:42 SiyasətMilli Məclisin deputatları "Qərbi Azərbaycan: qayıdışa gedən yol" adlı beynəlxalq konqresdə iştirak edəcəklər. Olaylar xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Ülviyyə Həmzəyeva və Səttar Möhbalıyev 23-24 noyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək "Qərbi Azərbaycan: qayıdışa gedən yol" mövzusunda beynəlxalq konqresdə iştirak edəcəklər.
Millət vəkilləri, həmçinin, Naxçıvanda keçiriləcək "Qərbi Azərbaycana qayıdış" adlı festivala da qatılacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31