Peskov: Kreml Ermənistanın KTMT sammitində iştirak etməyəcəyinə təəssüflənir - ÖZƏL
22 Noyabr 2023 15:43 SiyasətKreml Ermənistanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində yüksək səviyyədə iştirak etməyəcəyinə təəssüflənir və Yerevanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid edir. Olayların verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Təəssüf ki, sabah Ermənistan bu sammitdə yüksək səviyyədə iştirak etməyəcək. Ümid edirik ki, işçi, ekspertlər səviyyəsində iştirakı olacaq, amma təbii ki, Ermənistanın öz işini sammit çərçivəsində davam etdirəcəyini gözləyirik", deyə o, jurnalistlərə bildirib.
Qeyd edək ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyan Minskdə KTMT çərçivəsində keçiriləcək görüşlərdə iştirak etməyəcəyi məlum olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31