ABŞ-ın Azərbaycan qərəzi: “USAİD-in Azərbaycandakı fəaliyyəti dayandırılmalıdır”- QHT sədri - ÖZƏL
22 Noyabr 2023 14:50 Siyasət"Azərbaycan Qarabağ problemini həll edib. 30 il Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına imkan verməyən belə bir münaqişə mövcud deyil. Lakin bir sıra Qərb dairələri hələ də hansısa "zorla köçürülmədən" və "status"dan danışılar. Bu mövqe məntiqsizdir". Bunu "Olaylar"a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib. Onun sözlərinə görə, bir zamanlar ATƏT Minsk Qurpunun vasitəçi üzvlərindən olmuş Fransa və ABŞ-ın məsələyə yanaşması daha qərəzlidir.
Onun sözlərinə görə, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilmiş dinləmələr də, həmçinin "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılmasının ləğv olunması Vaşinqtonda Azərbaycana qarşı qərəzin, qeyri-obyektiv yanaşmanın mövcudluğunu sübut edir.
"2020-23-cü illərdə Azərbaycan 30 il mövcud olmuş və böyük humanitar böhrana səbəb olmuş münaqişəni heç kimi köməyi olmadan həll etdi. Öncə Ermənistanın işğal etdiyi rayonlar işğaldan azad edildi. Bu il sentyabrın 19-da keçirilmiş lokal anti-terror əməliyyatları ilə Qarabağdakı boz zona ləğv edildi. İçərisində Azərbaycan dövlət xadimləri olan helikopter 1991-ci ilin 20 noyabrında ermənilər tərəfindən terrorla məhv ediləndən sonra Sovet dövlətinin 1923-cü ildə Qarabağda yaşayan erməni əhalisi üçün yaratdığı qondarma muxtar vilayəti ləğv edib. İndi Qarabağ Azərbaycan 14 iqtisadi rayonundan biridir. Bölgənin heç bir status yoxdur. Lokal anti-terror əməliyyatından sonra bölgədə mövcud olan hərbi-siyasi xunta özünü buraxdığını elan edib. Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan edib ki, Qarabağda yaşayan ermənilərə hər cür şərait yaratmağa hazırdır. Lakin erməni əhalisinin bir qismi könüllü şəkildə bölgəni tərk edib, Ermənistana köçüb. ABŞ rəsmilərinin yenidən "ermənilərin hüquqlarından", "status"dan danışması həll edilmiş münaqişəni yenidən alovlandırmaq cəhdindən başa bir şey deyil".
QHT sədri deyib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məsələyə yanaşması da qərəzlidir. "Bu qurum 30 illik münaqişə dövründə Qarabağda separatçı ermənilər və onlara dəstək verən Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinə etiraz etmədi. Ermənistandan və işğal bölgəsindən qaçqın düşmüş 1 milyon 200 mindən çox azərbaycanlının problemlərinə diqqət ayırmadı. Ancaq indi həll edilmiş bir münaqişə üzərindən yenidə manipulyasiya cəhdləri edilir ki, bu da əslində ABŞ-ın və Avropanın bəzi dairələrinin Cənubi Qafqazda olan maraqlarından doğan bir məsələdir"-deyə, E.Cəfərli bildirib.
Onun sözlərinə görə, fəalliyətində şəffaflıq prinsiplərinə riayət etməyən, elan etdiyi əsas prioritetlərdən kənara çıxan USAİD-in Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmalıdır: "Ümumiyyətlə, "xaosla idarə et" prinsipindən çıxış edən ABŞ təşkilatlarının inkişaf etməkdə olan dövlətlərə yanaşmasında əsas maraq "İnsan hüquqları" və "demokratiya" adı ilə bu cəmiyyətləri öz təbii-tarixi inkişafından çıxarmaq, rəngli inqilablar həyata keçirməkdir. ABŞ özünün hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metodlardan faydalanır. Ən çox rast gəlinənlərdən biri də bu ölkələrdə müxalifət təşkilatlarının dəstəklənməsidir. Bunun üçün həm hüquqi əsas, həm də icra mexanizmi formalaşdırılıb. Çoxsaylı donor fondları yaradılıb. USAID, NED, Marşall Fondu, IREX və digər onlarla "beynəlxalq institutlar" məhz bu cür proqramların icraçıları olaraq meydana çıxıblar. Onlar zahirən "demokratik inkişafa dəstək vermək" adı altında fəaliyyət göstərirlər, bu məqsədlə "qrantlar verirlər". USAID təkcə KİV, QHT sektoruna, müxalifət partiyaları platformalarına müdaxilə etməklə kifayətlənmir. "Feministlər", "gənclər" və digər bu kimi sosial zümrələr üzərindən cəmiyyətə birbaşa çıxış əldə edir".
QHT sədri deyib ki, Azərbaycanda "Qadın hüquqları" adı ilıə ailəsizliyi, qeyri-ənənəvi nikahı təbliğ edən, milli dəyərləri aşağılayan şəxsləri və qurumların maliyyələşdirən Qərb fondlarının və təşkilatlarının fəaliyyəti dayandırılmalıdır.