Beynəlxalq təşkilatlar 30 il azərbaycanlı qaçqınlardan danışmadılar

"Qarabağı könüllü tərk edən ermənilər ilə selfi çəkdirib hay-küy salan USAİD daxil olmaqla bir sıra beynəlxalq təşkilat rəhbərləri bir dəfə də olsun Ermənistan işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın Azərbaycanlı qaçqın və məcburi köçkünlərə nəinki baş çəkdilər, 30 il müddətində bir dəfə də olsun onların taleyindən danışmadılar". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib: "1993-cü ildə Qarabağda yerləşən kəndimiz Ermənistan tərəfindən işğal olundu və həyatımın 10 ilini bu yataqxanada keçirdim. 30 illik Ermənistan işğalı nəticəsind tamamilə dağıdılan kəndimizdən isə qalan sadəcə xarabalıqlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31