Brenda Şaffer USAID rəhbərinə Qarabağı könüllü tərk edən erməniəsilli şəxslərlə bağlı cavab verib
22 Noyabr 2023 13:29 SiyasətABŞ Ali hərbi-dəniz donanma məktəbinin müəllimi, xarici siyasət üzrə mütəxəssis Brenda Şaffer USAID-in direktoru Samanta Pauerə Qarabağı könüllü tərk edən erməniəsilli şəxslərlə bağlı cavab verib.
Olaylar.az xəbər verir ki, bu barədə B.Şaffer "X" sosial media hesabında qeyd edib.
"Siz Qarabağda yaşamış Ermənistandan olan 12 min hərbçi və onların ailə üzvləri (daha 20 min) ilə də danışdınızmı? Onlar, yəqin ki, evlərinə qayıtmağa şad olublar", - deyə o bildirib.
Qeyd edək ki, S.Pauer öz "X" sosial media hesabında bildirib ki, Ermənistana səfəri zamanı Qarabağı könüllü tərk edən erməniəsilli şəxslərlə görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31