ABŞ-ın qəbul etdiyi akt beynəlxalq hüquq normalarına ziddir- ÖZƏL
22 Noyabr 2023 10:57 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Əminliklə demək lazımdır ki, bu gün Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Azərbaycanın ABŞ-ın sentlərinə ehtiyacı yoxdur". Olaylar xəbər verir ki, bunu millət vəkili Tamam Cəfərova deyib: "Bu aktın qəbulu beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Bu məsələ özlüyündə BMT Təhlükəsizlik Şurasının 822,853,874,884 nömrəli qətnamələrinə ziddir.Əlbəttə, ABŞ Senatının belə bir aktı qəbul etmiş olması təəccüblü deyil. Ona görə ki, bu dövlət özünün səs verdiyi BMT qərarlarına heç bir əhəmiyyət vermədən Azərbaycan Respublikası ərazisində Ermənistan tərəfindən yaradılmış seperatçı rejimi dəstəkləmişdir. Bütün bunların fonunda ABŞ-nin Minsk qrupu çərçivəsində fəaliyyətsizliyi əlbəttə ki, təəccüb doğurmur".