İƏT baş katibi üzv ölkələrə çağırış etdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
 

Azərbaycan Prezidenti İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür edirik.

Olaylar.az xəbər verir ki, bu barədə İƏT-in baş katibi Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin açılış tədbirindəki çıxışında bildirib.

O qeyd edib ki, bu mərkəzin açılışı sosial, iqtisadiyyat, təhsil, həmçinin, İKT kimi sahələri genişləndirməyə imkan verəcək.

"Bu mərkəz İƏT ölkələri arasında əməkdaşlığı genişləndirəcək. Bütün üzv dövlətlərini mərkəzin əsasnaməsinə qoşulmağa çağırıram",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda Əmək Mərkəzinin açılış tədbiri keçirilir. Mərkəz tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq. 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31