Ən böyük uğurlarımızda YAP-ın imzası var- ÖZƏL
22 Noyabr 2023 09:05 Siyasət"Ölkəmizin inkişafına layiqli töhfə verən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarımızda imzası var. Bu gün partiyamız fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir və qələbələr partiyası olduğunu sübuta yetirib". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, şübhəsiz ki, bu partiya qurulmasaydı və xalqımızın Ümummilli Lideri ona rəhbərlik etməsəydi, bugünkü nailiyyətləri əldə etmək, ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırkı inkişaf səviyyəsinə çatması mümkün olmazdı: "Bu gün Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli Zəfər tarixinin yeni parlaq səhifələri yazılır.
Partiyanın fəaliyyəti Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bütün seçkilərdə YAP-ın qələbələr qazanması bunun bariz nümunəsidir. Xüsusilə də, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyət kimi dövlətçilik tariximizin ən böyük uğuru kimi dəyərləndirilir".