Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uzadılması əhəmiyyətli məsələdir- ÖZƏL

Qoşulmama Hhərəkatında Azərbaycan sədrliyinin uzadılması ilə bağlı məsələyə münasibət bildirən  politoloq Turab Rzayev Olaylar.az-a deyib ki, Qoşulmama Hərəkatı Azərbaycan üçün xüsusi əhəmiyyəti olan təşkilatlardan biridir. "Ölkəmizin ən böyük iki  uğuru var ki, onlardan birincisi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dörd qətnamənin verilməsidir. Digər uğurumuz isə, Qoşulmama Hərəkatındakı sədrliyimizdir. Çünki, bu təşkilat bizə  Qarabağ məsələsi ilə bağlı çox köməklik göstərib. Belə ki, 44 günlük Vətən müharibəsində BMT Azərbaycan əleyhinə qərarlar vermək istədikdə, Qoşulmama Hərəkatı qarşı çıxaraq, əngəl olurdu. Buna görə də Azərbaycan bu təşkilatda aktiv olmağa çalışıb. Xüsusilə, Azərbaycan COVİD  məsələsində Qoşulmama Hərəkatı üzərində hüquqlarını qoruyub. Həmçinin Azərbaycan islamafobiyaya qarşı mübarizədə də aktiv rol oynayıb. Bütün bunlara görə Azərbaycan sədrliyinin 1 il daha uzadılması ilə bağlı qərar qəbul olunub. Biz bunu dəyərləndirməliyik, ona görə ki, Azərbaycan Qərb, Avropa İttifaqı və ABŞ-dan yönəlmiş təhdidlərə qarşı ölkəmiz Qoşulmama Hərəkatı üzərindən koordinasiya etməlidir. Düşünürəm ki, biz sədrliyimizi davam etdirməli  və Qarabağın ərazi bütövlüyü ilə birlikdə dünya ölkələrinin hüquqlarını qorumalıyıq."-deyə politoloq əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31