Erdoğandan Ermənistana qızıl dəyərində məsləhət - ÖZƏL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan öz təhlükəsizliyini minlərlə kilometr uzaqda deyil, qonşuları ilə əməkdaşlıqda axtarmalıdır.

Olaylar xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, bəzi Qərb dövlətləri hələ də Dağlıq Qarabağ münaqişəsinin regionda "yeni dövr" açdığını dərk etmirlər.

Bundan əvvəl Ermənistan və Aİ arasında müşahidə missiyasının statusu haqqında saziş imzalanıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanın atdığı addımlar yeni silahlı münaqişəyə hazırlıq kimi görünür.

İlham Əliyev isə öz növbəsində bildirib ki, Azərbaycanın Ermənistanla yeni silahlı münaqişəyə ehtiyacı yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31