Zurabişvili: Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Aİ-yə daxil olacaq - ÖZƏL
21 Noyabr 2023 16:58 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Fransanın LCI telekanalına müsahibəsində bildirib ki, onun ölkəsi, Ukrayna və Moldova eyni vaxtda Avropa İttifaqına daxil olacaq.
"Düşünürəm ki, bu, eyni zamanda baş verəcək. 2029, 2030 və ya 2031 ildə olacağını ehtimal edirəm, bilmirəm, amma böyük partlayışlar olacaq. Növbəti üzvlər təxminən eyni vaxtda qoşulacaq", - deyən Zurabişvili, söhbətin Moldova, Ukrayna və Gürcüstandan getdiyini vurğuladı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31