YAP-ın əsas qayələrindən biri azərbaycançılıqdır- ÖZƏL

"Banisi Ümummilli Liderimiz olan Yeni Azərbaycan Partiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri Heydər Əliyevin müstəqil, qüdrətli və zəngin Azərbaycan dövləti qurmaq konsepsiyasının ardıcıl surətdə həyata keçirilməsinin müsbət nəticələrini vətəndaşlar arasında geniş təbliğ etmək, partiyanın sosial bazasının daha da genişləndirilməsinin ideya zəminini yaratmaq olmuşdur". Olaylar xəbər verir ki, bunu millət vəkili Cavid Osmanov deyib: "Buna görə də Heydər Əliyevin irəli sürdüyü, bəyan etdiyi fikirlərin, ideyaların ictimaiyyət arasında geniş və hərtərəfli şəkildə izah olunması, eyni zamanda partiyanın Proqramında təsbit olunmuş prinsiplərin təbliğ edilməsi Yeni Azərbaycan Partiyasının əsas qayəsini təşkil etmişdir. Dövlətçiliyin bütün prinsiplərini özündə etiva edən, Heydər Əliyev yolunu rəhbər tutan Yeni Azərbaycan Partiyası yarandığı gündən​ müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer vermişdir.
Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi səhnəsinə qədəm qoyarkən onun ən başlıca şüarı "Yeni, müstəqil Azərbaycan uğrunda!" olmuşdur. Məmnunluq hissi ilə qeyd edə bilərik ki, partiyamızın banisi, ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu şüarda səslənən müddəalar faktiki olaraq həyata keçirilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31