Peskov: Ukraynadaki “Maydan” yox, hərbi çevriliş idi - ÖZƏL

Olaylar.az  bildirir ki Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Avromaydandan 10 il sonra Kremlin Ukraynadakı mövcud vəziyyəti necə dəyərləndirməsi ilə bağlı sualına cavab olaraq Rusiyanın xüsusi hərbi əməliyyat zamanı məqsədlərinə çatmasının vacibliyini vurğulayıb.

"Biz buna "Maydan" deyirik, amma əslində bu, xaricdən sponsorluq edilən çevriliş, zorla çevriliş idi. Biz hər şeyi öz adları ilə çağırmalıyıq", - Rusiya liderinin mətbuat katibi deyib

"Bizim üçün əsas olan hədəflərimizə çatmaqdır. Bunun üçün xüsusi hərbi əməliyyat davam edir".

Xatırladaq ki, 21 noyabr 2013-cü ildə Ukrayna hökuməti Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmasının dayandırıldığını elan etmişdi. Buna cavab olaraq Ali Radanın müxalifəti parlamentin işini əngəlləyərək,Kiyevin mərkəzindəki Müstəqillik meydanında uzunmüddətli mitinq başlatmışdı. Avromaydan adlanan üç ay davam edən qarşıdurma zamanı aqressiv millətçilər ölkənin qərbində bir sıra inzibati binaları ələ keçirib, Kiyevin mərkəzində isə çadır şəhərciyi salaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə açıq qarşıdurmaya girən silahlı dəstələr yaratmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31