Biz hələ də müstəmləkəyik - Qvadalupe Qadınlar Birliyinin prezidenti

Fransa müstəmləkəsində assimilyasiya statusuna məruz qaldıq.

Olaylar.az xəbər verir ki, bu barədə Qvadalupe Qadınlar Birliyinin prezidenti Ketty Lombion "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Bizim mübarizəmiz hələ də davam edir. Bütün həyatımızda müstəmləkənin nəticələrini görürük. Bundan ən çox qadınlar travma alıb. Şiddət və çətinliklə üzləşən qadınlar ayağa qalxaraq azadlıq tələb edib.

Biz hələ də müstəmləkəyik və azad olmalıyıq. Qadınlarımız səlahiyyətləndirilməlidir. Davamlı şəkildə hazırkı situasiyanı dəyişməyə çalışırıq",- deyə o bildirib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31