"Yeni dünya düzəni İlham Əliyevin yürütdüyü siyasətlə öz həlli yolunu tapdı"- ÖZƏL

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uzadılması ilə bağlı məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev Olaylar-a deyib  ki, Qoşulmama hərəkatı dünyanın ikinci böyük təşkilatıdır və BMT-dən sonra ən çox üzvü olan dövlətlər bu təşkilatda toplaşıblar. "Qoşulmama hərəkatına Azərbaycanın sədrliyi müddətində özünü dünyaya tanıda bildi. Hətta siyasi cəhətdən yeni nümunələr də gətirmiş oldu. Xüsusilə, Azərbaycanla bağlı BMT-də qeyri-qanuni addımlar atılanda məhz təşkilatın üzvləri ölkəmizin haqq işini qorudular. Azərbaycan isə burada Fransa kimi kolonalist dövlətlərin siyasətini aydınlaşdırdı və həmin dövlətlər öz hüquqları uğrunda yeni bir mübarizəyə başladılar. Yeni dünya düzəni İlham Əliyevin yürütdüyü siyasətlə öz həlli yolunu tapdı. Buna görə də onlar Azərbaycanın Qoşulmama hərəkatındakı sədrliyini 1 il əlavə uzatmaqla bağlı yekdilliklə səs verdilər."-deyə politoloq əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31