Təzyiqedici sistemə son qoymalı və qadınlara dəstək olmalıyıq - Ali Said Omar

Qadınların səlahiyyətləndiriməsi ilə yanaşı bərabərliyi təmin etməliyik.

Olaylar.az xəbər verir ki, bunu Komorlar Birliyinin Xarici İşlər Nazirliyinin müşaviri Said Ali Said Omar "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, qərar qəbul etmədə qadınlara daha çox yol verməliyik.

"Qadınların biznes və təhsil imkanlarını genişləndirməliyik. İnkişaf qlobal bir məqsəddir. Bu məsələyə çoxtərəfli yanaşmalıyıq. Hər kəs dekolonizasiyaya töhfə verməlidir. Təzyiqedici sistemə son qoymalı və qadınlara dəstək olmalıyıq",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31