"Əminəm ki, ABŞ səhvini başa düşəcək"- Deputat

"Əminəm ki, ABŞ 907-ci düzəlişlə bağlı öz səhvini başa düşəcək". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, 907-ci düzəliş məhz Xocalı soyqırımından bir neçə ay sonra qəbul edilib. Lakin sonradan ABŞ terrorizmlə mübarizə çərçivəsində regionda Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğu üçün bu sənədi dayandırıb:

"Əminəm ki, ABŞ öz səhvini başa düşəcək və bu qərarın gələcəkdə yenidən geri götürüldüyünü görəcəyik. ABŞ bu gün müstəqil siyasət yürütməyə çalışan ölkələri qəbul etmir və onlara qarşı destruktiv siyasət həyata keçirir. Bunu Əfqanıstan, İraq, Türkiyə və bir çox ölkələrin nümunələrində görə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31