Neokolonizm hələ də qalmaqdadır - Fransa Gənc Kanak Hərəkatının sədri
21 Noyabr 2023 11:43 SiyasətFransanın müstəmləkəçilik siyasəti onların intibah dövrü mədəniyyəti ilə həmahəng deyil.
Olaylar.az xəbər verir ki, bunu Fransa Gənc Kanak Hərəkatının sədri Daniel Wea "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, neokolonizm hələ də qalmaqdadır.
"Dekolonizm qadınlara azadlıq verilməsini tələb edir. Qadınlara təhsil verilməlidir. Onlar bir nəslin tərbiyəçisidir",- deyə əlavə edib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31