Əgər Bayden bu sənədi təsdiq etsə, ABŞ-Azərbaycan münasibətlərinə ciddi ziyan dəyəcək- Komitə sədri
21 Noyabr 2023 11:34 Siyasət"Azərbaycana qarşı iki cəbhədə mübarizə aparılır. Bu cəbhələrdən biri bizim ruhumuza, ədalətə, gələcək baxışlarımıza təcavüzdür". Olaylar xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov deyib. Bildirib ki, Ermənistan bizim torpaqlarımızı işğal etdi, ancaq sanksilalar bizə qarşı oldu: "Qərb ədaləti görmək istəmir. ABŞ Senatının aktı Ermənistanın müdafiəsi aktıdır. Sanki Ermənistanın müdafiəsi Azərbaycana qarşı sanksiyalardın keçir. 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi ikili standartın nəticəsidir. Əgər Bayden bu sənədi təsdiq etsə, ABŞ-Azərbaycan münasibətlərinə ciddi ziyan dəyəcək. Çünki Azərbaycan o Azərbaycan deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31