Bu icra hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Olaylar.az-ın əldə etdiyi məlumata görə, korrupsiya ilə əlaqəli qanun pozuntuları ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə faktı təsdiq ediblər.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31