Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel və Parisdə deyil, buradadır - Hikmət Hacıyev

Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, buradadır.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir.

"Azərbaycanda xoş niyyət var. Ölkəmizin suverenliyi təmin edilib, regionda yeni status-kvo yaranıb və bu status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanan legitim status-kvodur. Ermənistan Azərbaycan torpaqlarını işğal edərək yaratdığı status-kvonu Ermənistanın dəstəkləyicisi olan Minsk qrupu üzvləri də müdafiə edirdi, bu, haqsız və qəbuledilməz idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31