Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

Şahbuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

Olaylar.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Ayşən Əsgərova Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Ayşən Əsgərova bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseydə bölmə rəisi vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31