"YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilib- ÖZƏL

Suraxanı rayonunda "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" adlı tədbir keçirilib. Olaylar xəbər verir ki, bu barədə milli vəkili Afət Həsənova məlumat verib. Bildirib ki, tədbir​ Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının təşkilatçılığı ilə baş tutub:
" Tədbir​ "Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümünə və YAP Suraxanı rayon təşkilatının yaradılmasının 30 illik yubileyinə" həsr olunub.
Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsinin ziyarəti ilə başlayan tədbirimiz​ rayonumuzun Qaraçuxur qəsəbəsindəki "Aura" şadlıq sarayında davam etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31