Aİ kimi kimdən qoruyur?- ÖZƏL

"İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar". Olaylar xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. Qeyd edib ki, Sazişi Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ohanesyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıb:
"Biz irəli getməyə və missiyanın ölkədəki mövcudluğunu daha da gücləndirməyə, sərhədin Ermənistan tərəfində sabitliyi və monitorinqi təşviq etməyə və nə baş verdiyini görməyə hazırıq", - Maraqos bildirib.
Beləliklə, Qərb və Paşinyan arasında 1 il əvvəl bağlanan​ plan icra edilməkdədir. Hazırda 100 nəfər olan Aİ monitorinq​ missiyasının nümayəndələrinin​ sayı artırılacaq​ və vəzifələri genişləndiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31