Bir çox ölkələrdə qadınlar mülkiyyətdən istifadə ədalətsizliyinə məruz qalırlar - BMT-nin Məskunkaşma Proqramı işçisi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Biz qadınların səlahiyyətləndirməsi üçün müəyyən tədbirlər görürük.

Olaylar.az xəbər verir ki, bunu BMT-nin Məskunkaşma Proqramı işçisi Claudia Scheufker Bakıda "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Biz çalışırıq ki, qadınları ayrıseçkilikdən uzaq saxlayaq. Qadınlar dayanıqlı inkişaf üçün əsas dayaqdır.

Növbəti illər üçün də bir sıra proqramlarımız nəzərdə tutulub ki, buraya qadınların səlahiyyətləndirilməsi daxildir. Bir çox ölkələrdə qadınlar mülkiyyətdən istifadə ədalətsizliyinə məruz qalırlar. Bu baxımdan faydalı məlumatların ötürülməsi vacibdir",- deyə o, bildirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31