Tarixi qələbəmizin üç ili. Nəticələr və perspektivlər

Erməni separatizmi və terror siyasəti

Ermənilərin planlı şəkildə Azərbaycan ərazilərinə köçürülməsi Rusiyanın türk dünyasına vurduğu ən böyük zərbələrdən biridir və sonrakı müsibətlərin başlanğıcıdır. Kreml regiona nəzarət etmək məqsədilə Azərbaycan əraziləri hesabına Ermənistan dövləti yaratdı və iki xalq arasında nifaq toxumları səpməklə çoxillik münaqişənin əsasını qoydu. SSR-də yüksək hökumət və partiya vəzifələrində çalışan ermənilər Mixail Qorbaçovun yenidənqurma siyasətini ittifaq daxilində sərhədlərin dəyişdirilməsi üçün fürsət kimi qəbul etdilər. Onlar mərkəzi hakimiyyətin dəstəyi ilə Dağlıq Qarabağın Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi naminə fəal lobbiçilik fəaliyyəti həyata keçirirdilər. Qarabağın planlaşdırılan işğal prosesi ittifaq daxilində pərdələnsədə, ondan kənarda ABŞ, Fransa və digər Avropa ölkələrində  təbliğat işlərinin əsas mövzusun təşkil edirdi.  Ermənistan və dünya ermənilərinin uzun illərdir işğalı legitimləşdirmək üçün istifadə etdikləri əsas tezis" Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını tanımır və müstəqillik istəyinə qarşı amansız müharibə ilə cavab verir. Təbii ki, klassik erməni hiyləgərliyinə, onların hər zaman məzlum obrazında təqdim olunmasına əsaslanan  tezis haylar tərəfindən bütün tirubunlardan səsləndirilib, təbliğat-təşviqat işlərinin əsas mövzusun təşkil edib. Çox təəssüf ki, bölgənin tarixini, mədəni quruluşunu bilməyənlər ermənilərin təqdim etdiyi bu kimi onlarla saxta faktlara, təhrif olunmuş tarixi yalanlara inanmışdır. Nəhayət 1988-ci ildən başlayaraq Qarabağda erməni separatizmi aktiv fazaya keçdi və Moskvanın bilavasitə olaraq dəstək verməsi ilə 30-32 illik münaqişə, işğal dövrün yaşadıq. 

İkinci Qarabağ Müharibəsinə zəmin yaranması 

2018-ci ildə Qərb siyasi dairələrinin fəaliyyətinin nəticəsi olaraq ruspərəst Koçəryan-Sarkisiyan rejimi devrildi və onları qərbpərəst, özünü dialoqdan yana siyasətçi kimi tanıdan Nikol Paşinyan əvəzlədi. Bu proses Ermənistan üzərində Qərb-Rusiya qarşıdurmasının nəticəsi və bu gün baş verən hadisələrin xəbərçisi idi. Əsas məsələyə qayıdarsaq, biz Ermənistan tərəfindən gələcək istənilən müsbət siqnala cavab verməyə hazır idik. Bununla yanaşı yeni hökumətin ciddi şəkildə danışıqlarda iştirak edəcəyinə yönəlik müəyyən qədər ümidlərimiz var idi. Lakin Nikol Paşinyan və ətrafı bütün gözləntilərin əksinə olaraq sələflərinin dəsti-xəttini sürdürməyə davam etdi. Münaqişənin son iki ili ərzində rəsmi İrəvan bilərəkdən danışıqlar prosesini məhv etdi, hərbi ritorikadan çıxış etməyə başladı. Şuşada "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyanın ardınca sabiq müdafiə naziri David Tonayanın da "Yeni müharibə və yeni ərazilər" tezisli çıxışı bardağı daşıran son damla oldu. Ermənistan hərbi-siyasi rəhbərliyi Rusiyadan güzəştli şərtlər adı altında hədiyyə olaraq əldə etdiyi hərbi avadanlıqlarla bizi təhdid etməkdən çəkinmədi. Ancaq düşmən ölkə rəsmilərinin çıxışlarına qarşılıq ölkə başçısı, cənab İlham Əliyevin Valday konfransında " Qarabağ Azərbaycandır və nida" fikirini səsləndirməsi prosesin yekunu oldu.

Müharibənin aktiv fazası

Ermənistan rəhbərliyin Azərbaycanfob, təxribat xarakterli bəyanatları İrəvanın ölkəmizə qarşı növbəti hərbi əməliyyatlara hazırlaşdığına işarə idi və  belədə oldu. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhənin bütün istiqamətlərindən ordumuzun mövqeylərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Bu artıq tarixi qələbəmizin başlanğıcı idi və Azərbaycan BMT nizamnaməsinin 51-maddəsini rəhbər tutaraq özünü müdafiə hüququndan istifadə edərək  işğalçı Ermənistan qüvvələrinə qarşı "Dəmir yumruq" əməliyyatına başladı. Cəbhədən xoş xəbərlərin gəlməsi çox çəkmədi və düşmənin illər boyu qurduğu məşhur " Ohaniyan" səddi qüvvələrimiz tərəfindən tez bir zamanda yarıldı,bir neçə kənd işğaldan azad edildi. 

Silahlı qüvvələrimizin əzmkarlığı və peşəkarlığı qarşısında tab gətirə bilməyən erməni ordusu  Ağdam, Beyləqan, Tərtər, Goranboy, Ağcabədi, Ağdam, Füzuli kimi şəhərlərimizi və cəbhə bölgəsindən kənar Gəncə, Mingəçevir, Bərdə, Qəbələ və başqa şəhərlər də atəşə tutdu. Hətta raketlərdən biri paytaxt Bakını hədəf alsada HHM bölmələrimiz tərəfindən Xızı üzərində zərərsizləşdirildi. Ermənistanın ballistik raketlərlə "Skad və İsgəndər M" yanaşı qadağan olunmuş ağ fosforlu və kaset tipli silahlardan istifadə etməsi müharibə cinayəti idi. Nəticədə 11-i uşaq olmaqla 100-dən çox dinc sakin həyatını itirdi, 450-nəfər isə yaralandı. Mülki əhali və hərbiçilər arasında fərq qoyulmasına dair beynəlxalq hümanitar hüququn prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərfindən dinc sakinlərin hədəf alınması kimi hərbi cinayətlərə oxşar formada cavab vermədi. Birinci Qarabağ müharibəsi zamanı "ASALA" terror təşkilatının fəaliyyətindən yararlanan İrəvan eyni ssenari  üzrə  ikinci Qarabağ müharibəsində "ASALA" PKK" "AOD" "Apostol" kimi terror qruplaşmalarından fəal şəkildə istifadə etməklə regionu terror yuvasına çevirmək cəhdləri etdi. Lakin heç bir qüvvə şanlı Azərbaycan ordusu qarşısında tab gətirə bilmədi. 

Azərbaycan 44 günlük müharibədə ərzində işğal olunmuş ərazilərin böyük bir hissəni, o cümlədən Cəbrayıl, Füzuli, Hadrud, Zəngilan, Qubadlı, Şuşa kimi şəhərləri düşmən tapdağından azad etdi. Ümumilikdə, hərbi əməliyyatlar zamanı döyüş meydanında 300-dən çox şəhər kənd azad edilmişdir. Və nəhayət Ermənistan 10 Noyabrda kapituliyasiya aktını İmzalamağa məcbur edildi, Ağdam, Laçın. Kəlbəcər rayonları silah istifadə etmədən düşməndən geri alındı. Təbii ki, bu çox böyük diplomatik uğurdur. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi , BMT TŞ-nın müvafiq 4 qətnaməsinin "822.853.874.884" icrasını özü təmin etdi və bu BMT təhsiz olunandan ilk belə haldır. Artıq münaqişə bitib və Azərbaycanda Dağlıq Qarabağ adlı inzibatı ərazi vahidi yoxdur. Prezident İlham Əliyevin 2021-ci il fərmanı ilə Qarabağ  və Şərqi-Zəngəzur iqtisadi rayonları yaradılıb.

Müharibədən sonrakı dövr, hərbi-siyasi proseslər, yenidənqurma

Münaqişə keçmişdə qalıb və Azərbaycanın qarşında duran əsas prioritet məsələlərdən biri məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. Bunun üçün dövlət başçısının bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Ölkəmiz müasir şəhərsalma üsulları "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını tətbiq edərək sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Zəngilan rayonunun Ağalı kəndindən başlayaraq Füzuli və Laçın şəhərlərində böyük qayıdışın ilk sədaları eşidilməkdədir və proses sürətlə davam etdirilir. Azərbaycan bütün yenidənqurma, ərazilərin minalardan təmizlənməsi, məhv edilmiş flora və faunanın bərpası işlərini öz maddi imkanları hesabına, heç bir xarici dəstək almadan həyata keçirir.

Münaqişənin bitdiyini nəzərə alaraq Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyini və ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınması əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Lakin rəsmi İrəvandan bu istiqamətdə hələdə təsirli addımların atılmadığının şahidi oluruq. Ermənistan rəhbərliyi 10 Noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, prosesi uzatmaqla vaxt qazanmağa çalışır.  Bu isə regionda olan kövrək sülhə ən böyük təhdiddir. Qarşı tərəfin məhdud iqtisadi imkanlar çərçivəsində  Azərbaycanla silahlanma yarışına girməsi ilk öncə özlərinin əlehinədir. Çünki yüklü miqdarda hərbi avadanlıqların alınması həm dövlət büdcəsi üçün əlavə yükdür, həmdə güzəştli şərtlərlə alqı-satqı müqaviləsi imzalandıqda avtomatik olaraq tərəf müqabilindən aslı vəziyyətə düşülür və Ermənistanın İran, Fransa, Hindistandan siyasi asılılığının şahidi oluruq. Ermənistanın uzlaşmaz siyasi ritorikasına baxmayaraq rəsmi Bakı ötən müddət ərzində bütün istiqamətlərindən düşmən ölkə və havadarlarını neytrallaşdıra bilib.  Qarabağda erməni separatizmi və soyğunçu əməllərə qarşılıq eko-fəalların aksiyası ilə yumşaq gücün tətbiqi, ardınca Laçın sərhəd buraxılış məntəqəsinin qurulması və bu gün Ağdam-Xankəndi yolunun yenidən açılması Azərbaycanın proseslərə diqqətəsindən, nəzarətindən irəli gəlir.

Ölkəmiz Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu qəbul etməlidir. Ermənistan regional əməkdaşlıq və əsassız ərazi iddiaları qarşısında seçim etməlidir. Bu onlar üçün son şansdır. Beynəlxalq ictimaiyyətdə bu istiqamətdə müstəsna rol almalı və sülhün alternativinin olmaması barasində İrəvana çağırış etməlidir. Ermənistanın silahlandırılması və revanşist meylləri artıracaq istənilən dəstəyin qarşısı alınmalıdır.

Vasitəçi tərəflər və səhvlər

Üç tərəfli bəyanatdan sonra Azərbaycan-Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün ABŞ, Aİ və Rusiya vasitəçi kimi proseslərdə iştirak edir. Lakin hər üç tərəfin danışıqlara şəxsi maraqlar prizmasından yanaşması səbəbindən kiçik addımları saymasaq hər hansı bir köklü irəliləyişin şahidi olmuruq. Sülh danışıqları İrəvanın mütəmadi  təxribatları, diplomatik istiqamətdə ABŞ-Aİ vasitəçiliyinin yanlışlıqları və bu yalnışlardan Moskvanın yaralanması fonunda ciddi təhlükə altındadır. Qərb vasitəçiliyini şərh edərkən natamamlıq, qeyri-müəyyənlik və birtərəfli yanaşma ən başlıca səhvlərdəndir. Rəsmi Vaşinqton və Brüssel bir çox hallarda nizamlanma prosesi ilə bağlı aydın mövqe sərgiləmir, yaranmış boşluqdan isə Ermənistan və onun havadarları maksimum dərəcədə yararlanır. Bu günkü proseslər fonunda sülh danışıqlarının bilərəkdən Qarabağlaşdırılmasına çalışılır. Bu qəbuledilməz yanaşmadır və proses 2020-ci ildə birdəfəlik olaraq bitib. Daha bir yalnış qərb liderlərinin bölgədəki erməni sakinlərinin hüquq və təhlükəsizliklərini dilə gətirməsidir. Lakin  hüquq təhlükəsizliyin hansı dövlətin qanunları çərçivəsində təmin olunmasında susqunluq nümayiş etdirirlər. Rəsmi Moskva Qarabağda yaşayan ermənilərin təhlükəsizlik təminatlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını desə də, ABŞ və Aİ eyni fikiri səsləndirmir. Son günlər isə okeanın o tərəfindən, ABŞ-dan ard-arda ermənipərəst fikirlər səslənməkdədir və senator Bob Menendez ölkəmizi əsasız iddialarla ittiham edir. Buda vasitəçi tərəf kimi Vaşinqtonun təfəfsizliyini şübhə altına qoyur. Rəsmi Bakının ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin  işğaldan azad olunmuş ərazilərə səfərlərini təşkil etməsinə baxmayaraq ABŞ diplomatları Şuşaya səfərlərdən boyun qaçırır və bununlada faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirirlər. Laçın gömrük buraxılış məntəqəsinin AR-ın daxili işi olduğu halda, Aİ və ABŞ rəsmiləri hər fürsət yarandıqca bu məsələyə qarışırlar. Həqiqətən də onları Qarabağdakı ermənilərin vəziyyəti maraqlandırırsa, o zaman humanitar yüklərin hansı yoldan daşınmasının fərqi olmamalıdır. Ağdam-Xankəndi yolunun istifadəsinə etiraz edilməsi Qərbin Laçın yolunun xüsusi statusa malik olması istəyindən irəli gəlir. Onlar bəyan edirlər ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmamalıdır. Ancaq, bilindiyi kimi Ermənistan tərəfinin hər zaman  Azərbaycana qarşı ərazi iddiası olub və bu onların qanunvericiliyində təsbit olunub. Qərb üçün ermənilərin Azərbaycandan mümkün köçü qəbuledilməzdir. Lakin azərbaycanlıların Ermənistandan (tarixi Azərbaycan torpağı) Qarabağdan zorla çıxarılması və bu prosesin faşist ideologiyası əsasında aparılması nədənsə heç vaxt dilə gətirilmir. Təbii ki biz bu kimi ikili standartlarla çox qarşılaşmışıq. Görünür ki, Qərb üçün ərazi bütövlüyü prinsipi ancaq İrəvanı qorumaq üçün keçərlidir. Digər vasitəçi tərəf olan Rusiyanın mövqeyi isə tamamilə fərqlidir. Kreml prosesi natamam şəkildə saxlayıb sülhməramlı missiyanın müddətini uzatmağa çalışır. Onlar Ukrayna münaqişəsini bitirdikdən sonra yenidən regiona əvvəlki qaydada təsir etmək imkanlarını saxlamaq istəyirlər. Özlərini bu istiqamətə fokslayıblar. Rusiya yerdə resursları vasitəsilə sülh müqaviləsinin tez bir zamanda imzalanmasını əngəlləyir. Lakin rəsmi Bakı hərbi-diplomatik addımlarla bir-bir bu tip maneələri aradan qaldırır.

Perspektivlər, Zəngəzur koridoru və Qərbi Azərbaycanlıların qayıdışı

2020-ci il 10 Noyabrda imzalanmış üç tərəfli bəyanatın əsas məqsədlərindən biri Ermənistanın işğalçı siyasəti nəticəsində regionda bağlanmış olan bütün nəqliyyat-kommunikasiya bağlantılarının açılmasıdır ki, bəyanatın 9-cu maddəsi məhz bu işlərin həyata keçirilməsinə xidmət edir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru bağlantısının qurulması üçün nəzərdə tutulan dəhliz, keçdiyi ərazinin tarixi adını üstlənərək "Zəngəzur koridoru" adlandırılır. Zəngəzur dəhlizi lokal, regional və interkontinental müstəvidə kifayət qədər önəmli bir layihədir. Koridorun lokal müstəvidə əhəmiyyəti onun, keçdiyi hər bir ölkədə inkişafı situmullaşdırıcı faktor kimi çıxış etməsindən irəli gəlir.  Regional əhəmiyyətini isə bir neçə faktorla əlaqələndirmək olar.

Türkiyə

Rəsmi Ankara Cənubi Qafqaz və Mərkəzi Asiyada önəmli oyunçulardan biri olmaq üçün çalışır və region dövlətləri ilə olan mədəni-tarixi əlaqələr bu perspektivləri real edir. Lakin hal hazırda Gürcüstan və İrandan yan keçməklə birbaşa əlaqə qurmaq mümkün olmadığından Türkiyə, Azərbaycanla birgə hərəkət edərək yeni dəhlizin açılmasında eyni ölçüdə aktivlik nümayiş etdirir. Bununlada tranzit imkanını siyasi təzyiq kimi istifadə edən Tehran hakimiyyətini neytrallaşdırmaq planlaşdırılır. Rəsmi Bakı da yeni dəhliz vasitəsilə İrandan keçən "Naxçıvan tranziti" məsələsini yekunlaşdırmaq və Tehranın təzyiq riçaqını təsirsiz etməkdə maraqlıdır. Molla rejiminin Ermənistan dəstəyi və Anti-Azərbaycan və Türkiyə mövqeyi böyük ölçüdə bu səbəblərdən dolayıdır.

Layihənin interkontinental müstəvidə əhəmiyyəti daha böyük perspektivlərə hesablandığından böyük güclərin maraqları məhz bu aspektdə cəmləşib. Zəngəzur koridoru Türkiyə və Çinin nəqliyyat yollarının diversifikasiya olunması strategiyasına uyğun olduğundan, irəliləyən dönəmdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunması fonunda Asiya və Avropa arasında vacib ticarət marşurutu olmaq özəlliyi daşıyır.

Müharibən sonra aktual olan digər bir məsələ Qərbi Azərbaycan İcmasının doğma yurdlarına qayıdış konsepsiyasının hazırlanması oldu. Ölkə başçısı, cənab İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcması ilə keçirdiyi görüş  tarixi reallıqlar fonunda  yeni strateji hədəflərə həsr edilmiş tarixi əhəmiyyətli, ciddi ictimai-siyasi hadisə idi. Ermənilərin planlı şəkildə Qərbi Azərbaycan və Qarabağ bölgəsinə köçürülməsi nəticəsində icma üzvləri son iki yüz ildə dəfələrlə etnik təmizləmə, soyqırım və deportasiyaya məruz qalmışdır. Bu proses 1905, 1906, 1918-1921, 1948-1953, 1987-1991 ci illərdə xüsusilə amansız və şiddətli olmuşdur. Ermənistan hökuməti bizlərə aid izləri silmək üçün ölkə ərazisində  mədəni və tarixi irsi, məscidləri, qəbiristanlıqları dağıdıb, azərbaycanlılara qarşı sistematik xarakterli etnik təmizləmə həyata keçirmişdir. İndiki halda erməni cəmiyyəti Qarabağda yaşamağı hüquqları kimi qəbul edirlərsə Qərbi Azərbaycanlılarında öz doğma torpaqlarına qayıtması beynəlxalq hüquq normaları çərçivəsindədir. O ərazilərin Azərbaycandan ayırıb Ermənistana verilməsi silinməz bir tarixi gerçəklikdir və bizim arxivlərdə olduğu kimi Moskva arxivlərində də mövcuddur. Heç şübhəsiz ki, möhtərəm prezident, cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bütün Qərbi Azərbaycanlılar öz doğma yurdlarına qayıdacaq və tarixi ədalət öz yerini tapacaq.

Antiterror əməliyyatları və sülh

Sentyabrın 19- u Azərbaycan ordusunu Qarabağda, daha dəqiq desək Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni hərbi birliklərə qarşı lokal xarakterli antiterror əməliyyatları həyata keçirdi. Məqsəd, Azərbaycan Respublikasının konstitusiya quruluşunu bərpa etmək, Qarabağ İqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatları sonlandırmaq, azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa - quruculuq işlərinə cəlb edilmiş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək idi. Hərbi gücün tətbiqi regiona və beynəlxalq autitoriyaya rəsmi Bakının diqtəsini təqdim edən nəticələrlə yekunlaşdı. Azərbaycan açıq qalan məsələlər üzərindən manipulyasiya edərək regiona yeni baxışlarla müdaxilə etmək istəyən güclərin qarşısına daha böyük bir sədd çəkdi.

Rəsmi İrəvan və separtçı qanunsuz rejimin hərbi təhdidləri və regional təhlükəsizliyi nəzərə aldıqda və birsıra güclərin Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən ritorikasın göz önünə gətirdikdə antiterror əməliyyatlarının keçirilməsi labüd idi və Azərbaycan lazımı addımlar ataraq diqtəedici potensialına yeni elementlər qatdı. Bir gün ərzində bütün legitim hərbi hədəflər xüsusi həssaslıqla, mülki infrastruktura zərər vurmaqdan məhv edildi, düşmən ağ bayraq qaldırmağa məcbur edildi. Region üçün təhlükəli olan işğalçılıq, terrorizm, separatizm, revanşizim meyllərinin qarşısını almaq istiqamətində həll edici nəticəyə nail olundu. İndi isə qarşıda duran əsas prioritet Qarabağın erməni əhalisinin reinteqrasiya prosesinə başlamaq və birgəyaşayış konsepsiyasının tətbiqi dayanır. Prezident İlham Əliyev də xalqa müraciətində bu məqamlara diqqət etdi. Ölkə rəhbəri ermənilərə müraciətində " biz tezliklə hər şeyin yaxşılığa doğru dönüşəcəyinin şahidi olacayıq. Bizim  niyyətimiz sülh, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bu ölkəmizin ermənilər və dünyaya multikultural birgəyaşayış modelinin təqdimatı idi. Rəsmi Bakı Qarabağda yaşayan ermənilərin bütün hüquqlarının təhsil hüququ, mədəniyyət, dil, din, munisipial seçki hüquqları təmin edilməsini təmin edir, onların ölkə həyatına qaynıyıb qarışması üçün sosial proqramlar təklif edir. Baş verən reallıqları nəzərə aldıqda Azərbaycanın prinsipial mövqeyi proseslərin yekunu oldu, Azərbaycan öz suveren hüquqlarını təminini həyata keçirdi.

Pərviz Mirizadə

AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31