Axısxa/Məhsəti Türk xalqının irfani dünyası haqqında...
13 Oktyabr 2023 10:34 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Tədqiqatçı-alim S.M.Cəlilov tərəfindən qələmə alınmış tarixi-coğrafi əsərdə əski Hun-Qıpçaq torpaqlarının bu uluslarının həm də dini-fəlsəfi dünyagörüşünüm formalaşma mərhələri (əski Səmavi tapınmalar dövrü, qədim Alban mədəniyyəti çağı, qəbul edilmiş ilk İlahi-Haqq təriqətinə qədərki əsrlər (xristianlığa qədərki) və İslam dini mərhələsi) tarixi mənbələr əsasında elmi-nəzəri baxımından qiymətləndirilməklə dəyərli dini-ruhani əsasların təsviri verilmişdir.
Sabircan Məhəmməd oğlunun (1957) qəbul edilmiş mənbələrə əsasən çoxillik tədqiqat nəticələri olaraq qələmə aldığı 2 cildlik "Axısxa Türk mədəniyyəti və ədəbiyyatı tarixi" tarixi-kulturoloji əsərinin, milli etnoqrafik əsərinin 1 cildinin (İstanbul şəhəri, 2023) 62-68-ci səhifələri "Xristianlığa qədərki inanclar və xristianlığın yayılması" başlıqlı mövzunun şərhinə aiddir.
Axısxa/Məhsəti Türk qövmünün dini-irfani irsi və ilkin tarixi mistik-fəlsəfi dünyadərki formalaşma mərhələsi e.ə. I minilliyə təsadüf etməklə özündə Göy Tanrıçılığı (Tenqri Allahı) təriqətini ifadə etmişdir. Bu dini-ideoloji təlim (Təbiətin, Dünyanın, Həyatın...ictimai-fəlsəfi və elmi-nəzəri qanunauyğunluqlarının İlahi hökmləri, Səsin və Duaların yetdiyi Ali Məqamın mistik təsəvvürü) əslində Səmavi Hökmün Yerə enən Kitab-larınını irfani-fəlsəfi məzmunu baxımından sonrakı Ruhani təlimlər üçün əsas olmuşduir. Dünyəvi ilkin Haqqa tapınma-Göy Tanrışılıq/Tenqri (Göy Allahı) nəinki bütün Türksoylu xalqların, eləcə də dünya İnanc aləminin Ruhani dualarını qəbul etmişdir...
Təsadüfi deyil ki, "Tenqri" teo/antrotoponimi Kiçik Asiya-Çukot yarımadaları hüdudlarında yayılan yer adları kimi Müqəddəs Ruhun qorunmasına bir tarixi-coğrafi nişanədir. Bu baxımdan Qazaxıstanın şimalında, Təbil/Tobol çayının mənbəyi hövzəsində Teniz/Tengiz gölü, bu ölkənin şimal-şərqində Tendık/Tendik şəhəri, Tatarıstan Respublikasının paytaxtı Qazan şəhəri yaxınlığında Tengi şəhəri, Baykal/Bəygöl gölünün cənub-şərqindəki Dərəsu şəhərinə yaxın Tanqa/Tengi yaşayış məntəqəsi, Uzaq Şərqdə, Yaqutstan/Saxa Respublikasının cənubunda Amur/Əmir mahalında Tunqir/Tenqir/Tenqri çayı...məhz ilkin Göy Tanrı/Tenqri inancının əsatirlərdə və toponimlərdə yaşanmasına bir sübutdur. Qazaxıstan, Qırğızıstan və Uyğurstan dövlətlərinin sərhəd-təmas hüdudunda yerləşən Xan Tenqri zirvəsi (6995 m, Tyan-Şan dağlarının yeddi uca zirvələrindən biri) əski Türkcə "Göylərin sahibi" mənasındadır.
Qazaxıstan və Qırğızıstan sərhəddində Tenqri Tağ dağı əski türk xalqlarının dini-fəlsəfi dünyadərkində Göy Tanrıçılığının müqəddəs irfani ruhunu qoruyub saxlayan mistik Məqam timsalında qiymətləndirilir.
Baykal gölü hövzəsindən Qara və Xəzər dənizləri əhatəsi hüdudlarında məskunlaşan Axısxa/Məhsəti Türklərinin Göy Tanrıçılığı inamı e.ə. I minillikdə qədim Hun və Qıpçaq (Xəzər) tayfa birliklərinin Günəş, Ulduz, Ay, Göy üzü/Göy qübbəsi...kultu ilə eynilik təşkil etdiyindən indinin özündə söylənilən duaların (alqışlarla/qarğışlarla qarışıq) etnogenetik və morfofonetik eyniliyi, bağlılığı aydın bilinir:
Günəşə kor baxım/Gün gözünü tutsun...
Tanrı haqqı üçün/Yer haqqı üçün...
Göy haqqı/Uca Məqam dualarını qəbul etsin...
Su haqqı üçün/Vətən imanın yarısıdr...
Əsərin bu bölümündə bildirilir ki, eləcə də Hunların, Qıpçaqların Göy Tanrıçılığa bağlı şifahi xalq ədəbiyyatının mifləri, nağılları, əsatirləri, əfsanələri...eyni ilə məzmun və dini-inanc baxımından Axısxa/Məhsəti Türklərinin ədəbi qan yaddaşı ilə doğma olduğu kimi, həm də Yaqut Türk xalqların milli-maddi və mənəvi irsində indi də qorunub saxlanılıb (F.Kırzıoğlu, 1976).
Bu dini-nəzəri ideyanın müdafiəçiləri sırasında yunan tarixçisi G.Ç.Teofanesin bir mülahizəsi vurğulanır:
-Xəzərlər şərqdən gələn Türklərdir (Xəzər xaqanlığının bir adı da Çola olub-Q.Y.)
Aral/Ural dağlarından şərqə doğru Sakit okean hövzəsinin (12-13 milyon kv.km ərazi) kökənli xalqlarından olan Sabirlərin/Sibirlərin Xəzərlər adlanması tarixi kerçəklikdir. Həmin xalqların Qara dəniz hövzəsi ətrafında (Hunların/Qıpçaqların yaşadıqları ərazilərdə) dini-irfani təriqətləri-dil qohumluğu eyni olan yerli Türk qövmü ilə assimlyasiyası, qaynayıb-qarışması (e.ə.I minilliyin sonlarında, I-IV əsrlərdə) barədə digər məşhur yunan səyyahı-tarixçisi, miniatürçü-rəssam Q.Feofan (1340-1410) əsərləırində qeyd etmişdir (İ.S.Çiçurov).
Xəzərlərin ümumilikdə Qafqaz bölgəsində etnogenetik dominant təsirə və yerli dil-din birliyinə uyğun assosiativ milli bazisin formalaşmasındakı müsbət rolu barədə Rusiya Elmlər Akademiyasının Dağıstan Elm Mərkəzinin Tarix, arxeologiya və etnoqrafiya institutunun əməkdaşı, tarix elmləri doktoru (milliyyətcə dağ yəhudisi olan) İ.Q.Semyonovun (1961) həmin Mərkəzin "Xəbərlər" toplusunda (2007) dərc etdirdiyi "Xəzərlər haqqında Leonti Mrovelinin məlumatı" adlı məqaləsində bildirilir.
Gürcü tarixçisi və din xadimi L.Mroveli XI əsrdə yaşamışdır.
Anadolu və Qafqaz bölgələrində Göy Tanrıçılığın (əslində Türkdilli xalqların ilk inanc və dini-etiqad fəlsəfəsi) sıxışdırılması, ictimai-dini təsirinin zəifləməsi...IV əsrdən başlayaraq bu coğrafi məkanda Xristianlığın geniş yayılması (eləcə də Alban mədəniyyətinin dini-ruhani əsaslarına yiyələnməklə), Biznas və Sasani imperiyalarının təcavüzləri nəticəsində mümkün olmuşdur.
Müəllif qeyd etmişdir ki, tədricən Göy Tanrıcılığı təriqətinin maddi-milli irsi, mənəvi gələnəkləri təqib-tədric-qadağa edilməklə qədim Türk-Bun Türk kultunu yad amillər əvəz etməyə başladı-əlifba dəyişildi, yazılı-maddi abidələr dağıdıldı, kökənli etno-milli dəyərlərin silinməsi siyasəti yürüdülmüşdür. Fikirlərini əsaslandırmaq üçün tədqiqatçı məhz gürcü mənşəli alimlərin (şərqşünas-dilçi, SSRİ EA-nın akademiki Q.V.Tsereteli (1904-1973), T.Karasanidze...) əsərlərinə istinad etməklə Axısxa/Məhsəti Türklərinin yaşadıqları bölgədə V-VII əsrlərdə Xəzər-Türk xalqlarına məxsus əski əlifbalı yazı nümunələrinin, naxışlı-miniatür daş abidələrinin dağıdılmasını, yox edilməsini...qeyd etmişdir (səhifə 65-68).
"Axısxa Türk mədəniyyəti və ədəbiyyatı tarixi" kitabının "Axısxa Türkləri və İslam" başlıqlı bölümü (səhifə 90-93) Qafqaz bölgəsində İslam dininin yayılması, bu dini-fəlsəfi təriqətin davamlı dünyadərki fəlsəfəsinə çevrilməsi tarixinə, eləcə də Axısxa/Məhsəti qovmünün bu İnanca-İnama tapınması zəruriliyinin elmi-nəzəri və faktoloji izahına həsr edilmişdir. Qeyd olunur ki, bu tarix VII əsrə təsadüf edir (İslam Xilafətinin sərkərdəsi Əbu Həbib bin Məsləmə (610-662) bu sahədə xüsusi rol oyamışdır). Axısxa/Məhsəti Türklərinin İslam dini dünyagörüşünün təşəkkülü, formalaşması və inkişaf dövrü Osmanlı dövlətinin məşhur din xadimlərinin adı (şeyx Əlaüddövlə Şimnani (1261-1336), Abdullah Məhsəti...) ilə bağlılığı Paşa Yaqubun tərtib etdiyi "Evliyalar Ensklopediyası"nda (I cild, 2020) öz tarixi izahını tapmış, bu zəmində Təsəvvüf elminin geniş yayılması diqqətə çatdırılmışdır. Qafqaz bölgəsinin Məhsəti nahiyəsində İslam dini təriqətinin təşəkkülü bir sıra alimlər (tarix elmləri doktoru, professor, şair Ş.Lomsadze (1925-2003) "Məhsəti və Məhsətililər" (Tiflis ş., 1999) kitabı) tərəfindən yanlış olaraq, əski tarix təıhrif edilərək XVII əsrin II yarısı ilə bağlanılır. Amma, alim-şair tarixi sınaqlardan çıxmış Həqiqət dərkini də yazmaqdan çəkinməmişdir:
-Hər bir xalq tarixi hüquqa malikdir, eləcə də, uzun əsrlər ərzində əcdadları, sələfləri tarixdən mərhum edilmişlər olsalar da...
Haşiyə. Axısxa/Məhsəti bəylərbəyi II Mənuçöhr 10 avqust 1578-ci ildə Osmanlı dövlətinin dövlət xadimi, general Lələ Qara Mustafa paşanın (1500-1580) qərargahına gələrək İslam dinini qəbul etmələrinə razılığı xahiş etmişdir.
Görkəmli tarixçi, coğrafiyaçı, yazıçı Katib (Mustafa) Abdulla oğlu Çələbi (1609-1657) "Cahannamə" əsərində (İstanbul ş.,1732) yazmışdır ki, əski Axısxa/Məhsəti bölgəsinin yurdlarında qədim qəbir daşları yayılmış ərazilər-Əski Müsəlman Məzarlığı adlanmışdır (səhifə 95). Ümumiyyətlə, bu bölgədə dini-irfani ideya birliyinin, ruhani dünyadərkinin yayılmasına mənəvi-maddi əsas olaraq məscidlərin, mədrəsələrin, İslam dini-maddi irs abidələrinin...inşası I Arslan Məhəmməd paşa və Yusif paşa oğullarının dövründə xüsusilə geniş təşəkkül tapmışdır.
Əsərin III hissəsindəki "İnanclar", "Andlar", "Dualar", "Ağılar" bölümlü mövzuları dini-elmi və fəlsəfi-mistik məzmun kəsb etməklə Axısxa/Məhsəti türk xalıqının dünyəvi dünyadərkinin kamilliyinə, Haqqa səmimi tapınmasının İlahi sevgi qaynaqlarından qidalandığına işıq saçır.
(ardı var)
R.S. Bütöv Türk qovmünün ayrılmaz milli etnogenetik qolları olan Cənubi Azərbaycan Türkləri ilə Axısxa/Məhsəti Türklərinin keşməkeşli, faciəvi tarixi-sınaqlı talelərinin eyniliyinin "bir səhifəsi" də 1940-cı illərin ortalarında qatı düşmənlərimiz-İ.Stalin və A.Mikoyan cütlüyü tərəfindən "yazılmışdır"-1944-cü ildə Axısxa/Məhsəti Türkləri (212 kəndin 16.700 ailəsinin 94.955 nəfəri) kökənli yurdlarından Qazaxıstan və Orta Asiyaya sürgün edilmiş (SSRİ Müdafiə Komitəsinin 31 iyul 1944-cü il 6279 saylı Qərarı ilə), bir il mövcud olmuş Cənubi Azərbaycan Milli Demokratik hökuməti isə 13 dekabr 1946-cı ildə qan içində boğulmuşdur..
R.S.S. 1990-cı illərdə Özbəkistanın Fərqanə vadisində hay-daşnak silahlı qüvvələrinin təhriki ilə doğma yurdlarından məcburi köçkün həyatı yaşayan və Rusiya federasiyasının Krasnodar və Stavropol diyarlarında məskunlaşmağa məcbur olan 80-100 min nəfər Axısxa/Məhsəti Türkləri yerli rus-hay qüvvələrinin ictimai-siyasi təqibləri və etno-milli zəmində amansız təhdidləri nəticəsində növbəti dəfə məcburi köçürülməyə məruz qalmışlar (Antaliya şəhəri, Ağdəniz Universitetinin professoru L.Dərviş, 2019).