Azərbaycan Taliban Əfqanıstanı ilə əlaqələr qura bilərmi? - ÖZƏL
19 Sentyabr 2023 11:06 Siyasət"Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban təşkilatı Azərbaycanla siyasi əlaqələrin qurulması üçün rəsmi açıqlama verib. Bakı və Kabulda qarşılıqlı səfirliklərin açılmasında maraqlı olduqlarını qeyd edilib. Talibandan əvvəl, Azərbaycanla Əfqanıstan arasında siyasi -iqtisadi əlaqələr yüksələn xətt üzrə davam edirdi. Amma, Talibanın hərbi çevrilişindən sonra, mövcud əlaqələr kəsildi". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ümumiyyətlə, Azərbaycan Taliban Əfqanıstanı ilə siyasi əlaqələri qurması onda qura bilər ki, BMT və digər ölkələr tərəfindən tanınsın: "Hazırda Taliban Əfqanıstanı ilə Azərbaycanın əlaqələr qurması siyasi-iqtisadi perspektivi yoxdur. Beynəlxalq müstəvidə Talibanın hakimiyyətinin legitimliyi qəbul edilməyib. Ona görə də Azərbaycan legitim olmayan bir sistemin nəzarətində olan ölkə ilə siyasi əlaqələr qurması ölkəmizin xarici siyasətinə mənfi təsir edər.
Görünür, Talibanın yüksək səviyyəli rəsmiləri Azərbaycanla Əfqanıstan arasında mövcud olmuş əlaqələrin yenidən qurulmasını özlərinin beynəlxalq müstəvidə legitimliyini qəbul edilməsi üçün edilir. Amma, bu Talibanın maraqlarına uyğun olsa da, Azərbaycan buna gedə bilməz".