Erməni quldur dəstələri yaxın tarixi, 2020-ci ili unudublar - ÖZƏL
19 Sentyabr 2023 10:44 Siyasət"Ötən axşam "Azəravtoyol" ASC-yə məxsus "Hovo" markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar. Azərbaycanın hər cür şifahi xəbərdarlıqlarına baxmayaraq, Ermənistan bütün dünyanın gözü qarşısında öz terrorunu davam etdirir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri istimai-siyasi fəal Fikrət Əliyev səsləndirib. O bildirib ki, mina partlayışı Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində baş verib:
"Bu yol Vətən müharibəsindən sonra minalardan təmizlənib və işlək yoldur. Deməli, Rusiya sülhməramlılarının nəzarət zonasında olan qeyri-qanunu erməni silahlıları kəşfiyyat-diversiya qrupları minaları yeni basdırıblar. Dünya ictimaiyyəti Ermənistanın mina terrorunu pisləməli, Azərbaycanın suveren ərazilərində separatizmə dəstəyi dayandırmalı və qondarma "hökumət"in buraxılmasını tələb etməlidir".
Fikrət Əliyev daha sonra bunları qeyd edib:
"Görünür, erməni quldur dəstələri yaxın tarixi, 2020-ci ili unudublar. Azərbaycan Silahlı Qüvvələri istənilən an onlara bu tarixi xatırlatmağa hazırdır".