Deputatımız AŞPA-da ekoloji problemlərin müzakirəsinə qatılıb - ÖZƏL

AŞPA-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri qurumun alt komitəsinin iclasında müxtəlif məsələlərin müzakirəsində iştirak ediblər. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva məlumat verib: "AŞPA-da Sağlam Ətraf Mühid Şəbəkəsinin və Uşaqlar üzrə Alt Komitənin birgə iclasında alt komitənin üzvləri, fransalı məktəblilər-eko nümayəndələr, məşhur isveçrəli tədqiqatçı və alim, Solar Impulse Fondunun prezidenti cənab Bertrand Piccard və klimatoloq, Fransa İqlim üzrə Ali Şurasının sədri xanım Corinne Le Quéré ilə çox zəngin fikir mübadiləsi aparıdıq. İnnovativ qanunvericilik təklifləri, cəmiyyətin transformasiyası dövründə ekoloji insan hüquqlarının gücləndirilməsi, ekoloji, enerji və iqtisadi narahatlıqlara cavab vermək üçün dərhal tətbiq edilə bilən modernləşmə yolları müzakirə edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31