Erməni silahlı dəstələri Tbilisi-Bakı təyyarəsinə radiomaneə tətbiq etdi
19 Sentyabr 2023 10:17 SiyasətAzərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.
Müdafiə Nazirliyindən Olaylar.az-a bildirilib ki, sentyabrın 19-u Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31