Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir - ÖZƏL

Dünya birliyi terrora qarşı mübarizədə susmamalıdır

"Beynəlxalq təşkilatlar və dialoqda yer alan aktorlar susmamalıdırlar. Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, DTX - nın yaydığı məlumata görə Xocavənddə sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları olan mülki şəxslər 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub. Faktla bağlı cinayət işi başlayıb: "Bu kimi  amillər Azərbaycan ordusuna hərbi əməliyyatlar keçirməyə yetərli qədər əsas verir. Dünya birliyi terrora qarşı mübarizə aparmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31