Orta dəhlizin əhəmiyyəti artır - ÖZƏL

Bu gün Orta Dəhlizin artan əhəmiyyəti xüsusi vurğulanmalıdır. Dövlət başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən YAP üzvü Məganət Qəribova deyib ki,  Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa və Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir:

"Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının artması türk birliyinin güclənməsi baxımdan da önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31