Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-nun İrs Siyahısına daxil edilməsinə qarşı çıxıb - FOTO
18 Sentyabr 2023 23:09 SiyasətErmənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" hesabında bildirib.
"UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir", - deyə qeyd olunub.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31