Azərbaycan Mərkəzi Asiya ölkələri üçün tiranzit rolunu oynayır - ÖZƏL

"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün tiranzit rolunu oynayır. Cənab Pezidentin dediyi kimi, daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP üzvü Etibar Əhmədov səsləndirib. O bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əlaqələinin tarixi qədim dövrlərə gedib çıxır:

"Qədimdən bu vaxta kimi Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Qərblə əlaqələrin yaradılmasında körpü olub. Tarixən Mərkəzi Asiya ölkələrinin ticarət marşurutu Azərbaycandan keçib. Qədim İpək Yolu bu baxımdan əyani nümunədir. Diqqət çəkən məqam isə cənab Prezidentin çıxşında "Rəqəmsal İpək Yolu" layihəsini vurğulamasıdır. Dövlətimzin başçısının "Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız "Rəqəmsal İpək Yolu" layihəsidir" deməsi Mərkəzi Asiya ölkələri arasında virtual bağlılığın və ticarətin daha da güclənəcəyindən xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31