Avropa İttifaqı Türkiyəyə 400 milyon avro yardım ayıracaq

Avropa İttifaqı Türkiyəyə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 400 milyon avro maliyyə yardımı ayıracaq.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası Avropa Komissiyasının Rumıniya, İtaliya və Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 454,8 milyon avro ayırmaq təklifini qəbul edib. Yardım Aİ-nin 2023-cü il büdcəsindən gələcək.

"2022-ci ildə şiddətli quraqlığın baş verdiyi Rumınyaya 33,9 milyon, 2022-ci ilin sentyabrında intensiv yağışlar səbəbindən sel və daşqınlarla üzləşən İtaliyaya 20,9 milyon avro, 2023-cü ilin fevralında zəlzələ fəlakəti yaşayan Türkiyəyə isə 400 milyon avro yardım göstəriləcək",-məlumatda əks olunub.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31