Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın qətiyyətli mövqeyinin qələbəsidir - ÖZƏL

Bu gündən etibarən Ağdam-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin yardım maşınlarının intensiv hərəkətinə start verilib. Dünənə sözügedən yolun açılması barədə rəsmi Bakının şərtini qəbul etməyən Qarabağdakı separatçı rejimin rəhbərliyi artıq Azərbaycanın qətiyyətli mövqeyi qarşısında geri çəkilməli olub. Bununla da BQXK-nin yardım dolu yük maşınlarının Ağdam yolundan keçməklə Xankəndinə gedişi təmin edilib.

Məsələ ilə bağlı fikirlərini ifadə edən "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı "OLAYLAR"-a deyib ki, bu Qarabağdakı qeyri-qanuni, qondarma rejimin Azərbaycanın siyasi iradəsi və qətiyyəti qarşısında geri çəkilməsi və Bakının şərtlərini qəbul etməsi deməkdir:

"Ancaq bu da son deyil. Azərbaycan yumşaq cəza tədbirlərini davam etdirməli, eyni zamanda 21 gündür Ağdam-Xankəndi yolunda gözlədilən yük maşınlarımızın da Xankəndinə getməsinə bail olmalıdır".

Arzuman Muradlı deyib ki, növbəti mərhələlərdə isə Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin hamısı tərkisilah edilməli, onların hərbi texnikalarının Qarabağdan tamamilə çıxarılmasına şərait yaradılmalıdır. Əks təqdirdə qeyri-sabit vəziyyət davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31